08 Sentyabr 2024
Ölkə futbolu

“Futbolçular azarkeşlərin gözləntilərini doğrultmağa çalışır” – Adil Şükürov

“Sumqayıt”la oyundan sonra “Kəpəz”in baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qarşılaşma barədə bunları deyib:

“Çox şükür ki, futbolçular azarkeşlərin gözləntilərini doğrultmağa çalışırlar. Uşaqlar bütün bacarıqlarını ortaya qoyurlar ki, fanatları sevindirsinlər. Nə dərəcədə alınır onu zaman göstərəcək. Matça gəlincə, çətin bir komandaya qarşı oynadıq. Rəqib sürətli əks-hücumlarla irəli çıxmağı bacarır. Tək meydanın özlərinə aid yox, digər hissəsində də top saxlaya bilirlər. Öz vəziyyətlərini gözləyirlər. Düşünürəm ki, oyunda komandamız düzgün müdafiə olunub, sürətli hücumlarla epizodlar yaxaladı. Komandamız daha yaxşı yerlərə getməyə hazırlaşır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43