Dünya futbolu

“Futbolçular fantastik oynadılar” – “Çelsi”nin baş məşqçisi

“Çelsi”nin baş məşqçisi Qrem Potter Çempionlar Liqasının 1/8 finalında məğlub etdikləri “Borussiya” oyunu barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli mütəxəssis komandasının çox yaxşı çıxış etdiyini bildirib. O, qarşılaşmanın həddindən artıq həyəcanlı keçidiyini də vurğulayıb:

“Oyunun sonu çox gərgin keçdi. Futbolçular fantastik oynadılar. Onların qalib gəldiyinə şadam və bu, hər kəs üçün əladır. Kay Haverts penaltini vuranda baxa bilmədim. Uğultu gəldikdən sonra sevinməyə başladım.  Soyunub-geyinmə otağı fantastik hiss olunurdu. Biz çətin dövrdən keçdik və bu turnir bizim üçün çox şey deməkdir. Biz irəliləmək və 1/4 finala çıxmaq istəyirddik. Onlara təzyiq etməyimiz və azarkeşlərin bizimlə olması vacib idi. Bunu etmək asan deyildi, rəqib inamla oynayan yüksək səviyyəli komandadır”.

“Çesli” ilə oyunda Dortmund təmsilçisinə 1:0 məğlub olsa da, cavab görüşündə 2:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43