Dünyadan

Futbolçularımız Türkiyədə məyus oldular

Bu gün Türkiyə kubokunda qrup mərhələsinin ilk matçları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçuları Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin şərəfini qoruduğu “Qaziantep BB” doğma meydanda  üçüncü liqa klubu “Tuzlaspor”u qəbul edib. Qarşılaşma “Qaziantep BB”nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Vaqif Cavadov və Rəhman Hacıyev əsas heyətdə meydana çıxıb. Cavadov 90 dəqiqə meydanda olsa da, Hacıyev ikinci yarıda əvəzlənib. Digər futbolçumuz U.Budakın adı 18 nəfərlik heyətə daxil edilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43