Dünyadan

Futbolçularına ən çox pul xərcləyən komandaların adı açıqlandı – SİYAHI + FOTOLAR

Tranfserlərə ən çox pul xərcləyən komandaların adı açıqlanıb.

İdmanxeber.com həmin siyahını sizə təqdim edir:

1. İngitərə Premyer Liqasının son qalibi “Mançester Siti” bu mövsüm futbolçulara 5.8 milyon avro xərcləməklə siyahıya liderlik edir. Mançester klubu həftəlik olaraq komanda üzvlərinə ortalama 112 min avro ödəyir.


2. İspaniyanın “Real” (Madrid) klubu isə La Liqada futbolçularına ən çox – 5,5 milyon avro ödəyir. Madrdi klubunun həftəlik ödədiyi məbləğ isə 105 min avrodu.


3. Siyahıda üçüncü yer “Barselona”ya məxsusdu. Kataloniya klubu futbolçularına 5,4 milyon avro ödəyir. Bu göstərici hətəlik üçün 103 min avrodu.


4. Münhenin “Bavariya” klubu isə bu mövsüm futbolçularına ətxminən 4.8 milyon avro xərcləyib. Futbolçulara həftəlik ödənilən məbləğ isə təxminən ortalama 92 min avrodu.


5. “Mançester Yunayted” bu mövsüm oyunçularına ortalama təxminən 4.7 milyon avro (həftəlik 91 min avro) ödəyib.


6. Londonun “Çelsi” klubu isə bu mövsüm üçün ortalama futbolçularına 4.4 milyon avro, hətəlik 84 min avro ödəyir.


7. Bu şəhərin digər komandası “Arsenal” isə bu mövsüm üçün oyunçularına 4,3 milyon avro, həftəlik ortalama 82 min avro ödəyir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43