Kateqoriyasız

Futbolsuzluqa son: “Şəfa”da Premyer Liqa klubları üz-üzə gəlir

Azərbaycan milli komandasının təlim-məşq toplantısı ilə əlaqədar Premyer Liqada yaranmış fasilə zamanı “Sumqayıt” klubu yoxlama görüşlərində qüvvəsini sınayacaq.

Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, turnir cədvəlinin son pilləsində qərarlaşan komandanın əvəzedici heyəti “İnter”lə “Şəfa”da üz-üzə gələcək. Oyun saat 16:00-da başlayacaq. 

Bu qarşılaşmadan sonra isə hər iki komandanın əsas heyətləri (18:00) “Şəfa”da münasibətlərə aydınlıq gətirəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43