Ölkə futbolu

“Sumqayıt” aydınlıq gətirdi: “Qardaş, bu cəfəngiyyatdı”

"Bizim komandada maliyyə problemi yoxdur. Ona görə də, bu barədə yayılan xəbərlər əsassızdır".

Bu sözləri idmanxeber.com-a "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədopv deyib.

Turnir cədvəlinin autsaderinin 4 aydır ki, futbolçulara maaş vermməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən klub rəsmisi bunun cəfəngiyyat olduğunu bildirib:

"Qardaş, bu cəfəngiyyatdı. Bizim klubun maaş ödəmə sistemi var. Hər ayın 10-20-si aralığında ötən ayın maaşı ödənir. Yalnız oktyabr ayının maaşı hələki ödənməyib, o da 1-2 günə ödənəcək. Bilmirəm belə əsassız xəbərləri kim yayır".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43