Ölkə futbolu

“Füzuli” – “Xan Lənkəran” matçının məkanı dəyişdirildi

Region Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Füzuli” – “Xan Lənkəran” matçının məkanı dəyişdirilib.

İdmanxeber.az-ın məlumatına görə, görüşün Horadiz OİK stadionunda keçirilməsi planlaşdırılsa da, AFFA arenanın ot örtüyünün qənaətbəxş olmadığını əsas gətirərək matçın yerini dəyişdirib. Beləliklə qarşılaşma “ASK Arena”da keçiriləcək.

Qeyd edək ki, oyun aprelin 17-də, saat 17:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43