Mayın 27-də Gənclər və İdman Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin Zirə qəsəbəsi sahilində, eyni zamanda şimaldan cənuba doğru bütün sahilboyu ərazilərdə təmizlik aksiyaları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, ekoloji aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, “Təmiz şəhər” ASC-nin, idman federasiyalarının, Gənclər Evlərinin nümayəndələri və ekokönüllüləri iştirak ediblər. Sonra iştirakçılar Abşeron Milli Parkını ziyarət ediblər.
Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub.