19 Sentyabr 2024
İdman

“Gəncə”də yeni müqavilə

“Gəncə” basketbol komandası oyunçusu ilə müqavilə müddətini artırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümdən qərb təmsilçisinin şərəfini qoruyan Nicat Hüseynov ilə bir illik müddəti əhatə edən yeni anlaşma imzalanıb.

17 yaşlı hücumçu Gəncə basketbol məktəbinin yetirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43