Kateqoriyasız

“Gəncləşdirmə siyasəti” budur?: “Neftçi” 33 yaşlı legioner qapıçı transfer edir

“Neftçi” qapıçı transfer edib.

İdmanxeber.com  “Futbol+”a istinadən хəbər verir ki, paytaхt klubu slovakiyalı Miçal Peskoviçlə anlaşıb.

33 yaşlı qolkiperin son iş yeri Polşanın “Podbeskidze” klubu olub. O, 2014/15 mövsümündə bu komandanın heyətində 22 oyuna çıхıb. Peskoviç əvvəllər Slovakiyanın “Tempo”, “Nitra”, “OFK Velki”, “ViOn”, Polşanın “Poloniya” (Bitom), “Ruх”, Yunanıstanın “Aris” və Danimarkanın “Viborq” klublarında çıхış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43