Dünya futbolu

Gerye Premyer Liqa klubuna keçə bilər

Haiti mətbuatının yaydığı məlumata görə, “Qarabağ”ın futbolçusu Donald Gerye karyerasını İngiltərədə davam etdirə bilər.

Belə ki, Premyer Liqa təmsilçiləri olan “Lester” və “Brayton”nun futbolçu ilə maraqlandığı qeyd edilir. Əgər tərəflər arasında razılıq əldə edilsə, “Lester” klubu “Qarabağ”a 5 milyon avro ödəyəcəyi də bildirilib.

Maraqlıdır ki, yayılan xəbərdən sonra Gerye “Lester” klubunun rəsmi “İnstaqram” səhifəsini izləməyə başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43