Dünya futbolu

Giqqz Azərbaycandan danışdı: “Uzun yol bizi qorxutmur”

AVRO 2020-nın seçmə mərhələdəki rəqiblərimizdən olan Uels komandasının baş məşqçisi Rayan Giqqz qrupdakı rəqibləri barəsində açıqlama edib. O, Azərbaycanla bağlı da fikirlərini bildirib:

“Azərbaycan səfəri bizi qorxtmur. Orada yüksək səviyyəli otellər, yaxşı staidonlar var. Yəqin ki, Azərbaycana oyundan bir gün əvvəl gedəcəyik. Qalan hər şey gözlədiyimiz kimi oldu”.

Qeyd edək ki, Uels millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Slovakiya və Macarıstanla eyni qrupda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43