Ölkə futbolu

“Hər şey istədiyimiz kimi getmir” – “Neftçi”nin futbolçusu

 “Neftçi”nin futbolçusu Rəhman Hacıyev mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi baş məşqçinin işinə qarışmaq istəmədiklərini söyləyib:

“Oyundan sonra bəzən əsəbi oluruq və danışmağa hazır olmuruq. Bu səbəbdən “Araz-Naxçıvan”la matçdan sonra danışmaq istəmədim. Rəqibin qolunda heç kimin səhvi yox idi. Ötürmə ideal alınmışdı. Amma qarşılaşmanın gedişində səhv edə bilərdik”.

Hacıyev səhvsiz mütəxəssisin olmadığını söyləyib:

“Nəzərə almalıyıq ki, meydanda çıxış edən futbolçudur. Evdə cəmi bir görüşdə qələbə qazanmışıq. Hər şey istədiyimiz kimi getmir. Mövsümə yaxşı başlamadıq, komandaya təzyiq var. Amma işə peşəkar yanaşmalıyıq. Çoxları fikirləşir ki, çempionat bitib və biz 6-cı sırada qalmışıq. Nə olacağını bilmək olmaz. Daha çox köklənmək lazımdır. Qarşılaşmalarda istəyimiz də artmalıdır. Premyer Liqada ilk yarının başa çatmasına 4 oyun qalıb. Ən azı üçündə qalib gəlmək niyyətindəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43