Dünya futbolu

“Hər şey 99 faiz Messidən asılıdır” – Xavi Hernandes

“Barselona”nın baş məşqçisi Xavi Lionel Messinin Kataloniya komandasına mümkün qayıdışı haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis argentinalının geri dönəcəyi barədə çıxan iddialara belə cavab verib:

“Azarkeşlərimiz demək olar ki, hər matçda Messinin adını çəkməyə başlayıblar. Mən bu hissi sevirəm, amma mənə inanın, Lionelin qayıdışı 99% ondan asılıdır”.

Daha əvvəl Messinin hələ də “Barselona”dan təklif almadığı bildirilirdi.

Futbolçunun PSJ ilə hazırkı müqaviləsi gələn ay başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43