Ölkə futbolu

Premyer Liqa və avrokuboklarda iştirak üçün lisenziyalar təqdim edildi

2023/2024 mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

İdmanxeber.az xəbər verir ki, AFFA-nın inzibati binasındakı təltifetmə mərasimində mövsümün yekunları və növbəti il üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.

Cari mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.

Tədbirin sonunda isə növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43