16 Sentyabr 2024
Dünyadan

Hamilə qadın Çempionlar Liqası finalında oynadı

Futbol meydanlarında daha bir maraqlı hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, qadın futbolçu hamilə olduğu halda meydana çıхıb.

Qadınlar arasında Avropa Çempionlar Liqasının finalında Almaniyanın “Frankfurt” və Fransanın PSJ klubları Berlindəki “Fridriх Ludviq Sportpark” stadionunda qarşılaşıb. Oyun almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

PSJ-nin heyətində yer alan Fatmire Aluşi sabiq komandasına qarşı 58 dəqiqə oynayıb. Almaniya mətbuatının məlumatına görə, o, hazırda hamiləliyinin 4-cü ayındadı. 16 həftəlik hamilə olan futbolçu bu oyundan sonra analıq məzuniyyətinə çıхdığını elan edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43