Dünyadan

Yenə “Real”ı məyus etdi

“Real” “Xetafe” ilə matçda Benzemanın xidmətindən istifadə edə bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, franslaı futbolçu “Espanyol”la görüşdə ombasından zədə almışdı və 64-cü dəqiqədə əvəzlənmişdi. Tibbi müayinədən keçən təcrübəli hücumçunun  La Liqanın son turunda “Xetafe”yə qarşı oynaya bilməyəcəyi məlum olub.

Qeyd edək ki, “Real” – “Xetafe” matçı mayın 23-ü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43