Dünya futbolu

Hazard Ançelotti ilə danışmır

“Real”ın futbolçusu Eden Hazard baş məşqçisi Karlo Ançelotti ilə münasibətləri korlanıb.

İdmanxeber.az “The Athletic”ə istinadən xəbər verir ki, belçikalı futbolçu italiyalı mütəxəssislə danışmır. Onların münasibətlərinin soyuq olduğu bildirilir.

Hazard Ançelottini sözün üzərində durmamaqda ittiham edir. Belə ki, baş məşqçi dekabrda belçikalı yarımmüdaffiəçinin daha çox oynayacağını açıqlamışdı. Ancaq Hazard 2023-cü ildə bir oyunda belə iştirak etməyib.

Onun bu dönəmdə kiçik zədələri olsa da, oynamasına mane olacaq qədər ciddi deyildi. Bu səbəbdən də futbolçunun Ançelotti ilə arası yaxşı deyil.

Məşqçilər heyəti isə Hazardın bu munasibətini normal qəbul edir. Onlar uzun müddətdir oynamayan futbolçunun təpkisini anlayışla qarşılayırlar.

Xatırladaq ki, belçikalı sonuncu dəfə La Liqada ötən ilin sentyabrında meydana çıxıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43