06 Dekabr 2019
İdman

Həmyerlimiz dünya çempionu oldu – VİDEO

Braziliyanın Rio de Janeyro şəhərində cüdo üzrə dünya çempionatı davam edir. 

Yarışların altıncı günündə Azərbaycan yığması daha bir medala sahib olub.

Belə ki, milli komandamızın heyətində Orxan Səfərovun (60 kq) “bürünc” qazanmasından sonra Elxan Məmmədov da fəxri kürsüyə yüksəlməyi bacarıb.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıllıqla Dominik Dyuqassen (Seyşel), Or Sasson (İsrail), David Alarza (İspaniya) və Takaşi Onoya (Yaponiya) qalib gələrək, finala yüksəlib.

Qızıl medal uğrunda görüşdə isə Elxan hollandiyalı Henk Qrola qalib gələrək, dünya çempionu olub.

Oxşar xəbərlər

FİFA “Trabzonspor”a qoyduğu transfer qadağasını götürüb

admin

“Qəbələ” – “Dinamo Avto” oyununun vaxtı dəqiqləşdi

admin

Erməni idmançını peşman etdi, əsgər salamı verdi

admin