Ölkə futbolu

“Hesab da göstərdi ki, komanda lazımi səviyyədə deyil”

Azərbaycan kubokunun 1/8 finalında “Şuşa” ilə qarşılaşan “İnter” rəqibini böyük hesabla məğlub edib. 7-0 hesablı qələbə ilə növbəti mərhələyə adlayan paytaxt təmsilçisi 1/4 finalda “Neftçi” ilə qarşılaşacaq.

Roman Cəfərov, “İnter” klubunun məşqçisi: “Səviyyə baxımdan rəqibdən üstün idik. Hesabdan və oyundan razı qaldıq. Daha çox qol vura bilərdik. Növbəti mərhələyə keçdiyimiz üçün şadam”.

Nadir Qasımov, “Şuşa” klubunun baş məşqçisi: “Komanda çox zəif oynadı. Həftədə iki oyun oynamaq bizim üçün çətindir. Xüsusən də, “İnter” kimi komandaya qarşı. Əsas müdafiəçilərin zədəli olması, çempionatda ardarda üç ağır oyun keçirməyimiz özünü göstərdi. Hesab da göstərdi ki, komanda lazımi səviyyədə deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43