Dünya futbolu

“Rəqibin hücumçusu üzgüçü də ola bilər” – Joze Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya çempionatında “Latsio” ilə heç-heçə (0:0) haqda fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis rəqibin hücumçusu Pedro Rodriqesin çıxışını ilə bağlı maraqlı açıqlama verib:

“Derbidən hisslər? Bir nöqtə kimi hiss olunur. İki qalib gəmək məqsədi ilə meydana çıxan komandaların oyunu asan keçmir. Pedro əla futbolçudur, lakin o, üzgüçü də ola bilər, çünki özünü çox möhtəşəm şəkildə yerə atır”.

“Roma” 18 xalla A Seriyasının turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Latsio” 10-cu yerdədir (17).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43