Ölkə futbolu

Azərbaycan – İsveç oyununu qadın hakim idarə edəcək

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirəcəyi oyunu qadın hakim idarə edəcək.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Bakıda reallaşacaq görüşü isveçrəli Ester Ştaubliyə həvalə edib.

Onun köməkçiləri Yonas Erni və Syuzanna Kyunq olacaqlar. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. Lukaş Fandrix VAR, Layonel Çudi isə AVAR olacaq.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43