08 Sentyabr 2024
Premyer Liqa

Hüseyn Cəbrayıloğlu: “Ramil Diniyevi harada görsəm..”

AFFA-nın İntizam Komitəsi ötən həftə baş verənlərə hüquqi qiymət verib. İdmanxeber.com-un məlumatına görə “Xəzər Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayloğlu “Bakı” ilə qaşrılaşma zamanı baş hakim Ramil Diniyevin təhqir etdiyi üçün 5 oyunluq cəzalandırılıb.

Sosisal şəbəkələrin birindəki şəxsi hesabından klub rəsmisi verilən qərara bu cür münasibət bildirib: “AFFA İK-nın qərarını anlayıram. Amma tunelə gedərkən lənkəranlı azarkeşləri küçə söyüşü ilə təhqir edən, “əcəb eləmişəm, əlimin içindən gəlir” deyən Ramil Diniyevə nə cəza veriləcək? Mən azarkeşlərimizə Diniyevin söydüyü söyüşləri onun özünə qaytarmışam. harada qarşıma çıxsa, yenə o söyüşləri ona qaytaracam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43