Ölkə futbolu

Üçüncü cəhd

Çərşənbə günü Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Finala vəsiqə yolunda “Xəzər Lənkəran”la üz-üzə gələcək “Qəbələ” ilk oyununu aprelin 16-da doğma meydanda keçirəcək.

Azərbaycan kubokunun 1/2 final mərəhləsi “Qəbələ”nin tarixində 3-cü belə haldı. idmanxeber.com-un məlumatına görə, əvvəlki iki turnirdə finalın 1 addımlığında dayanan “Qəbələ” 6 il əvvəl məhz “Xəzər Lənkəran”la görüşmüşdü. Onda hər iki komanda matçların ikisində də qol sevinci yaşamışdı. Amma ümumi nəticədə 4:2 hesablı qələbə cənubluları finala daşımışdı.

Növbəti mövsümdə “Qəbələ” final yolunda “İnter”lə qarşılaşıb. Bu dəfə hər iki komanda öz meydanında quru hesablı qələbə qazanıb. Ümumi hesabda 5:2 hesablı qələbə bakılıları finala çıxarıb.

Əvvəlki iki cəhddə yarımfinala adlaya bilməyən “Qəbələ” 3-cü cəhddə ilk dəfə finala adlamağa çalışacaq. 

2007/08 mövsümü
09.04.2008. Qəbələ – Xəzər Lənkəran – 1:3
İbrahim Hüseynov, 75 – Zaur Ramazanov, 12, 56, İrakli Vaşakidze, 15-öz qapısına

23.04.2008. Xəzər Lənkəran – Qəbələ – 1:1
Rahid Əmirquliyev, 79 – Abdulkader Kamara, 35

2008/09 mövsümü
29.04.2009. İnter (Bakı) – Qəbələ – 5:0
Valter Quqlemon, 5, 12-p., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76

06.05.2009. Qəbələ – İnter (Bakı) – 2:0
Kənan Kərimov, 40, Azər Bağırov, 87


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43