Kateqoriyasız

“Sumqayıt” tam heyətlə hazırlaşır

Topaz Premyer Liqasının son turunda “Simurq”la heç-heçə edən “Sumqayıt” matçın hazırlığına başlayıb. İdmanxeber.com-un məlumatına görə, Aqil Məmmədovun komandası bu gündən etibarən “Neftçi” ilə oyuna hazırlaşır.
 
“Gənclik şəhəri” təmsilçisinin heyətində heç bir problem yoxdu. “Simurq”la görüşdə zədələnən Adil İbrahimov da zədəsini tam sağaldıb.
 
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu aprelin 20-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43