Ölkə futbolu

Huşunu itirən azərbaycanlı futbolçunun SON DURUMU: “Ciddi həkim nəzarətindədi”

Xəbər verdiyimiz kimi, “Səbail”in futbolçusu Ağabala Ramazanov “Turan Tovuz”la matçın ilk hissəsində başından zədə alaraq huşunu itirib.

İdmanxeber.az-ın məlumatına görə, dərhal xəstəxanaya aparılan futbolçunun durumu həkim muayinəsindən sonra bilinəcək. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında bildirib ki, futbolçu kəllə-beyin travması alıb:

“Futbolçumuz ciddi həkim nəzarətindədi. Müayinələr bitəndən sonra durumun nə yerdə olacağını biləcəyik. Bütün komanda xəstəxanaya gəlir. Həkimlərin müayinəsindən sonra yekun durumu biləcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43