Ölkə futbolu

Şahin Diniyev: “Layiqli qələbə qazandıq”

“Çox gərgin, dramatik oyun idi. Komanda xarakter göstərdi. Nəticə ikinci plandadır. Əsas futbolçular sağlam olsun. İlk yarıda oyun “Turan Tovuz”un, ikinci hissə bizim tərəfimizdə idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Turan Tovuz”la matçdan (2:1) sonra deyib.

Paytaxt klubunun çalışdırıcısı layiqli qələbə qazandıqlarını dilə gətirib:

“Komandama təşəkkür edirəm ki, döyüşdülər, özlərində güc tapdılar. Bir çox qol epizodlarımız da var idi. Layiqli qələbə qazandıq, təsadüfən yox. 12-ci turdur, hər oyunda qol vurmağa çalışırıq. Hücumda çoxluq varsa, müdafiədə azlıqda qalmağa məhkumuq. Çox qol buraxmağımız da bununla bağlıdır” 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43