Ölkə futbolu Premyer Liqa

“Hakimlərin özləri qanunu bilmir” – Ayxan Abbasov

Əlbəttə maraqlı və gərgin oyun keçəcəyini bilirdik. Birinci hissədə oyunun taleyi həll oluna bilərdi. Çox təəssüf. Demişdim ki, fasilədən sonra ilk beş dəqiqə diqqətli olmalıyıq. Rəqib irəli atılacaqdı. Gözlədiyimiz, qorxduğumuz epizoddan qol buraxdıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Səbail”lə matçdan (1:2) sonra deyib.

Təcrübəli çalışdırıcı hakimliyin bərbad olmasından şikayətlənib:

“Hakimlik bərbad oldu. Azərbaycanda yeni qaydalar çıxır. Eşitdiyimə görə, hər yerdə 17 qayda var, bizdə isə 18. Qapıçı ilə təkbətək çıxanda son ümid fouluna sarı da vermək olar. Hakim dedi ki, əlinə başından dəyib. Hakimlik bərbaddır. Günü-gündən də pisləşir. İkinci yarıda rəqib müdafiədə oturdu. Qol epizodlarını vura bilmədik, günah özümüzdə idi. İlk yarıda matçın taleyini həll etməliydik. Futbolçularımızın əzmkarlığından razıyam. Təəssüf ki, nəticə olmadı. Amma oyun baxımından üstün idik. Hakimlərin özləri qanunu bilmir. Hərə bir söz deyir. Elə qayda çıxır ki, gərək gedib hakimliyi oxuyaq. Bilmirəm, sadəcə biabırçılıqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43