Dünya futbolu

İbrahimoviç əməliyyat olunacaq

“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

İdmanxeber.com-un məlumatına görə, ulduz futbolçu dizindən əməliyyat olunacaq. Əməliyyat aprelin 26-da, Pitsburqda baş tutacaq.

Qeyd edək ki, İbrahimoviç Avropa Liqasının 1/4 finalında “Anderlext”lə cavab oyununda (2 – 1) zədələnmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43