20 Sentyabr 2024
Dünya futbolu

İbrahimoviç “Milan”a qayıtdı

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviçə klubda vəzifə verilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama verib. 42 yaşlı isveçli klubun sahibi Cerri Kardinalenin baş məsləhətçisi olacaq.

İbrahimoviç bu yay karyerasını başa vurduğunu açıqlayıb. Forvard karyerası ərzində “Los Anceles Qalaksi”, “Mançester Yunayted”, PSJ, “Barselona”, “İnter”, “Yuventus”, “Ayaks” və “Malmö” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43