Dünya futbolu

Super Liqada gürcüstanlı baş məşqçi

Türkiyənin “Fatih Karagümrük”ün baş məşqçi Alparslan Erdemin vəzifəsinə son verib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi onu Şota Arveladze ilə əvəzləyəcək. Gürcüstanlı mütəxəssis son olaraq “Hall Siti”də çalışıb. O, daha öncə Türkiyədə “Kasımpaşa”, “Kayserispor” və “Trabzonspor”da çalışıb.

Bu dəyişiklik Türkiyə Süperliqasında 15 həftədə 14-cü məşqçi əvəzlənməsi oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43