Ölkə futbolu Premyer Liqa

“Kəpəz” “Sumqayıt”la oyuna ciddi itki ilə çıxacaq

Misli Premyer Liqasının 16-cı turunda “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubunun futbolçusu Vüsal Məsimov “kimyaçılar”la oyunu buraxacaq. Buna səbəb onun “Qəbələ” ilə oyunda aldığı sarı vərəqə olub. Sarı kart limitini dolduran Vüsal “Sumqayıt”la oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” oyunu dekabrın 14-də, saat 15:30-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43