Dünya futbolu

İbrahimoviç: “Qvardiola qorxağın biridir”

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç “Barselona”da çıxış etdiyi dönəmdə baş məşqçisi Pep Qvardiola ilə ara-sıra problemlər yaşayırdı.

Hələ də hirsi soyumayan ulduz futbolçu ispan məşqçi barədə şok açıqlamalar verib. İbrahimovic çalışdırıcını qorxaq adlandırıb.

“Qvardiola çox yaxşı məşqçidir, amma insan olaraq qorxağın biridir”.

Futbolçu bununla yanaşı heyətdə Messinin daha çox qol vurduğu üçün yer almadığını deyib.

“Qvardiola məni Messiyə görə oynatmırdı. O məndən çox qol vururdu və Qvardiola bunu mənə deməyə cəsarət etmirdi, çünki o qorxağın biridir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43