Ölkə futbolu

“Xəzər Lənkəran”da üzlər gülür: Edu və Elnur sıraya döndü

Cümə günü “Rəvan” klubunun qonağı olacaq “Xəzər Lənkəran” bu oyunun Lənkərandakı hazırlığını başa vurub.

Klubun rəsmi saytına istinadən verdiyimiz xəbərə görə, komanda 4 gün davam edən hazırlıq müddətində taktiki və fiziki çalışmalar üzərində məşqlərini yekunlaşdırıb.

Bu gün səhər məşqindən sonra Lənkərandakı bazasından Bakıya yola düşən “Xəzər Lənkəran” paytaxtda məskunlaşaraq “Rəvan”la matçın hazırlığını davam etdirəcək. Qarşıdakı 3 gündə “ağ-yaşıllar” məşqlərini “Bayıl Arena”da keçirəcək.

Hazırda zədəli olduğundan məşqlərə qatıla bilməyən kamerunlu hücumçu Mbilla Etame də komanda ilə birgədir və futbolçunun müalicəsi davam etdirilir. Digər tərəfdən yüksək hərarətdən əziyyət çəkən ispaniyalı Edu Oriol və U-17 millinin uzun sürən toplanışından dönən Elnur Cəfərov artıq komanda ilə birgə hazırlıqlarda iştirak edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43