İdman

“İdman Azərbaycan”dan növbəti yenilik

“İdman Azərbaycan” kanalı daha 3 futbol çempionatının yayım hüququnu alıb.

İdmanxeber.com kanalın rəsmi saytına istinadən xəbər verir ki, bu həftədən etibarən futbol üzrə Argentina çempionatının oyunları canlı yayımlanacaq. Hər tur 4 oyunun canlı yayımı gözlənilir. Bu həftə 1-ci turun “San Lorenzo” – “San Martin” , “River Pleyt” – “Banfild” və “Lanus” – “Boka Xuniors” qarşılaşmaları canlı təqdim ediləcək.

 

Bundan əlavə, Serbiya və Xorvatiya çempionatlarının oyunları da canlı olaraq yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43