İdman

İdman jurnalistləri üçün əlamətdar gün

2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.

İdmanxeber.com-un məlumatına görə, məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası yaradılıb.


1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın 93 yaşı tamam olur. Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür.

Sözügedən bayram 1995-ci ildən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) təşəbbüsü ilə keçirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43