Dünyadan

Konfederasiyalar kuboku: Portuqaliya millisi bürünc medal qazandı

Rusiyada keçirilən Konfederasiyalar kuboku yarışında üçüncü yer uğrunda oyuna yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, Portuqaliya Meksikaya 2:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb. Bu matçda portuqaliyalıların lideri Kriştiano Ronaldo millinin düşərgəsini tərk etdiyi üçün iştirak etməyib.

Qeyd edək ki, oyunun 90-cı dəqiqəsinə kimi Meksika hesabda öndə olub.

Portuqaliya – Meksika – 2:1
Qolllar:
 Neto, 55-avtoqol (0:1), Pepe, 90+1 (1:1), Adrien Silva, 104-penalti (2:1)
Bu gün Bakı vaxtı ilə saat 22.00-da final oyunu keçiriləcək. Həlledici görüşdə Almaniya və Çili qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43