Kateqoriyasız

İdmanxeber.com-dan mərcsevərlər üçün PROQNOZLAR

Bugündən etibarən idmanxeber.com saytı mərcsevərlərin istəklərini nəzərə alıb günün seçilmiş oyunlarına proqnozlarını təqdim edəcək. 

Şənbə günü, yəni sabah siz aşağıda gördüyünüz 6 oyuna pul qoyuluşu edə bilərsiniz.

Əvvəlkcə qeyd edək ki, bu mədəni “qumar”ı oynamayan qalibdi.


İDEAL KUPON

Çelsi – Fulhem – 2.5 ÜST – 1.45

Premyer Liqanın son turunda “Everton”, Çempionlar Liqasında isə “Bazel”ə məğlub olan Mourinyolu “Çelsi” bu yenilıgiləri azarkeşlərinə unutdurmaq üçün qələbə qazanmağa çalışacaq. Meydan sahiblərinin müdafiəsinin etibarlı olmadığını biz “Bazel”lə oyunda da gördük. Bu üzdən qonaq komandanın da qol vurmaq ehtimalı var. Ümumilikdə isə bu matçın üst yekunlaşacağını düşünürük.

İnter – Bakı – 2.5 ALT – 1.90

Paytaxt derbisində qol sayının az olacağını düşünürük. Düzdü “Bakı” meydana çıxdığı 6 matçın hamısında üst oynayıb, ancaq nə vaxta kimi? Bu komandalar arasında keçirilən oyunlara nəzər salsaq aralarındakı matçlarda çox qol olmadığını görərik.

Lilestrom – Honefoss – ÜST – 1.50

Norveç çempionatında keçiriləcək bu oyun üçün proqnozumuz üst variantıdı. Düşmə zonasında olan “Honefoss” bu zondan 6 xal irlidə olan “Lilestrom”la qarşılaşacaq. Norveç çempionatında sona hələ 7 tur qalmış bu oyun da ən azı 3 qol olacağını təxmin edirik.


Riski sevənlər üçün isə aşağıdakı proqnozları veririk.


RİSKLİ

Hannover – Auqsburq 1 (2.25) və ya risk etməyənlər üçün 1X (1.34)

Panatinaikos – OFİ 1 (1.50)

Əskişəhərspor – Antalyaspor 1 (1.75)


Qeyd edək ki, 1 meydan sahibinə verilən qələbə, X heç-heçə, 2 isə qonaq komandanın qələbəsidi. 




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43