Dünya futbolu

İkardi “Bavariya”ya qarşı oynayacaq?

“Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Bavariya” ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisinin “Beşiktaş”la oyunda zədələnən hücumçusu Mauro İkardinin sabahkı görüşdə olub-olmayacağı sual altındadır.

Komandanın baş məşqçisi Okan Buruk futbolçunun son durumunun oyun saatında bəlli olacağını açıqlayıb.

İkardi “Qalatsaray”ın “Bavariya”ya qarşı son məşqində iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43