Kateqoriyasız

İki futbolçunun söyüş qalmaqalından üçüncü şəxs danışdı: “Həm Elvin, həm də Kamran…”

Bu gün səhər saatlarında ABŞ-la yoxlama görüşündə üz-üzə gələn və məğlub olan millimizin bu qarşılaşmadakı söyüş qalmaqalı gündəmdən düşmür.

Belə ki, iddia olunurdu ki, qapıçı Kamran Ağayev müdafiəçi Elvin Yunuszadəni söyüb. 

Lakin komandanın digər futbolçusu Şəhriyar Əliyev idmanxeber.com-a açıqlamasında bunun yanlış informasiya olduğunu bildirib:

“Həm Elvin, həm də Kamran rəqib futbolçunu söyürdülər. Hamı yazır, amma boş şeydi. Kamran Elvini yox, elə hər ikisi rəqib futbolçunu söyürlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43