Kateqoriyasız

Yuri Syomin: “Tale Heydərov matçdan sonra…”

“Bu mövsüm çox çətin oldu. Biz heç cür liderlə üçlüyü “Qarabağ”, “Neftçi” və “İnter”ə yaxınlaşa bilmirdik. Burada bir neçə səbəb var. “Qəbələ” kiçik şəhərdən olan yeni bir komandadır. Buna rəğmən, bu klubun futbolu bilən və sevən və inkişaf etdirməyə hazır olan rəhbərləri var. Çoxlu meydanlar qurulub, gözəl baza, əla futbol məktəbi var. Bu, hələ heç nə vermir, ancaq əminəm ki, öz bəhrəsini gələcəkdə verəcək. Üstəlik, mənim gəlişimlə komandanın heyəti 90 faiz dəyişdi və hər kəslə ümumi dil tapmaq asan deyildi. Hesab edirəm ki, haradasa mövsümün sonlarında biz hər halda, bir-birimizi başa düşdük. Necə oynamaq lazım gəldiyini dərk etdik, mən futbolçularla, futbolçular isə öz aralarındayaxın olduq. Buna görə də qarşımızda qoyulmuş tapşırıqları həll etdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis klub prezidenti Tale Heydərovun kubokun finalından sonra ona təşəkkür edib:

“Qazanılan nəticəyə görə bizə təşəkkür etdi. Ona ilk növbədə, final oyunu xoş gəlmişdi. Bir də ona görə ki, ilk dəfədir, stadionda bu qədər tamaşaçı toplaşmışdı. Bəli, təşkilatçılıq da yaxşı səviyyədə idi. Mənə elə gəlir ki, məğlubiyyətə rəğmən, bu, “Qəbələ”nin ən yaxşı oyunlarından biri idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43