İdman

İLK DƏFƏ: “Qarabağ” Premyer Liqadakı matçını bu stadionda keçirəcək

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ”ın “Sumqayıt”ı hansı arenada qonaq edəcəyi məlum olub.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, Ağdam klubu Premyer Liqanın bu mövsümündə Bakı Olimpiya Stadionunda (BOS) ilk oyununu keçirəcək.

Oyunun saat 18.30-da başlanacağı gözlənilir.

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri noyabrın 22-də “Çelsi”ni məhz bu arenada qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43