Kateqoriyasız

İlk rəsmi ayrılıq: “Qarabağ”dan gedəcəyini özü açıqladı!

“Qarabağ” Samuel Armenterosla yollarını rəsmən ayırıb. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə forvard öz şəxsi “twitter” səhifəsində yazıb.

26 yaşlı gücumçu azad agent statusuna malik olduğunu bildirib. 

Onun üçün mayın 25-də “Neftçi” ilə baş tutacaq kubok final oyunu son matç olacaq.

Qeyd edək ki, Samuel Armenteros “Qarabağ”a 2015-ci ilin yayında keçib. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43