Azərbaycan II Liqasında 24-cü tura yekun vurulub. Turun qapanış matçında “Ağdaş” səfərdə “Dinamo”nu məğlub edib – 3:0.
5 oyun sonra qalib gələn bölgə təmsilçisi liqada qalmaq yolunda vacib qələbə qazanıb. Çempionatın tək sponsorsuz komandası olan “Ağdaş”da qalibiyyətə görə futbolçulara pul mükafatı ödənilməsə də, oyundan sonra yeyib-içmək verilib.
Xatırladaq ki, bölgə təmsilçisi 23 xalla II Liqada 10-cu sırada qərarlaşıb.
İdmanxeber.az