Kateqoriyasız

İndi də futbol yarışında “Qarabağ” təxribatı

Beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma “dövlətlər”in futbol üzrə milli komandaları arasında I dünya çempionatı keçiriləcək.

Çempionatda qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edəcək komanda da iştirak edəcək.

“Conifa.org” saytı xəbər verir ki, yarışlar 1-8 iyunda İsveçin Östersund şəhərində keçiriləcək. Qondarma respublika ilə yanaşı yarışda “Abxaziya”, “Kürdüstan”, “Zəngibar” (Tanzaniyada avtonom bölgə), “Birləşmiş Dərfur” (Sudanın BAGT bölgələri), “Tamil İlam” (Şri-Lankanın Şimali və Şərqi bölgələri), “Patania” (Finlandiya), “Aquitania” (Cənubi Fransa), “Québec” (Kanadanın fransızlar yaşayan bölgəsi) və “Ella vann” (Man adası) da iştirak edəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43