Premyer Liqa

“Qəbələ” stadionundan son durum: Qar mərkəzi oyunun keçirilməsinə mane ola biləcəkmi? – AÇIQLAMA

Ölkəmizə bir neçə gündür ki, yağan qar həftəsonu keçiriləcək oyunların bəzilərini təxirə salınması ilə üz-üzə qoya bilər.

Məsələ burasındadır ki, ötən həftəsonu “Sumqayıt” – “Qəbələ” matçı bir gün daha gec başlamışdısa, “Neftçi” – “Simurq” oyunun isə məkanı dəyişdirilmişdi.

Premyer Liqanın XX turunun mərkəzi qarşılaşmasından biri olan “Qəbələ” – “Qarabağ” matçının keçirilməsində isə heç bir problem yoxdu. Daha doğrusu Qəbələyə yağan qar sözügedən matçın keçirilməsinə problem yaratmamalıdı.

Bu barədə idmanxeber.com-a əyalət klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Klub rəsmisi bildirib ki, stadionun ot örtüyünün isitmə sistemi olduğundan qar onlara elə də ciddi problem yaratmayacaq:

“Düzdü, qar stadionu cənginə almışdı. Ancaq tez bir zamanda ot örtüyü qardan təmizləndi və hal-hazırda hər şey qaydasındadı. “Qarabağ”la oyuna kimi də həır şey qaydasında olacaq. Bundan əlavə ot örtüyünün isitmə sistemi olduğundan inanmıram ki, qar bu oyunun keçirilməsinə mane ola bilsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43