Dünya futbolu

Renat Dadaşov üçün kritik matç

Türkiyə Super Liqasında 35-ci turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, milli komandamızın futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu “Hatayspor” bu gün vacib oyunda səfərdə “Qaziantep”lə qarşılaşacaq. Hər iki komandanın turnir cədvəlində düşmə zonasında olması oyuna marağı çoxaldır. Bu gün qalib gələcək komanda Super Liqada qalma yönündə vacib qələbə qazanmış olacaq.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43