Ölkə futbolu

Rəşad Sadıqov: “Meydanda böyük savaş getdi”

“Meydanda böyük savaş getdi. Hər iki komanda istəkli idi. İlk yarıda fərqi artıra bilərdik. İkinci hissədə rəqib təzyiqi artırdı, növbəti dəqiqələrdə isə oyunu bərabərləşdirdi. Hər iki komanda qələbə qazana bilərdi. Bərabərlik də ədalətli nəticə olardı. Futbolçularımı təbrik edirəm. Səfərdə xarakter göstərdilər. Çox vacib olan 3 xal qazandıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 33-cü turunun “Turan Tovuz”la(1:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

“Mənim yerimdə kim olsaydı, Sezar Meza Kollini meydana buraxardı. Heyətdə sağlam rəqabət var. Lazım olan dəqiqədə dəyişiklik etdik. Meydana sonradan daxil olanların hamısı yaxşı performans göstərdi. Tovuzda oynamaq çətindir. Xüsusilə də, texnikalı futbol oynamaq çətindir’.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43