Kateqoriyasız

İngilislər azarkeşlərin “Avro-2016”-da daha bir rəzaləti – VİDEO

Fransada keçirilən Avropa çempionatında ruslarla dava edən ingilis azarkeşlər daha bir qalmaqallı addım atıblar.

İdmanxeber.com-un məlumatına görə, Parisdə bir qrup ingilis azarkeş uelsli futbol fanatlarıyla birgə miqrant uşaqları ələ salan hərəkət ediblər. Spirtli içki qəbul etdiyi bildirilən həmin azarkeşlər uşaqlara metal əşya atıblar, sonra uşaqları təqlid ediblər, sonra da onlara gülüblər.

Qeyd edək ki, bu il mart ayında Çempionlar Liqasının “Atletiko” – PSV oyunundan əvvəl də bənzər hadisə baş vermişdi. Holland azarkeşlərin miqrantları ələ salması böyük qalmaqal yaratmış, nəticədə UEFA bununla bağlı iş açmışdı. Ən sonda isə miqrantları ələ salan azarkeşlərin stadiona girişinə qadağa qoyulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43