Dünya futbolu

İngiltərə Premyer Liqasından Ramazan ayı üçün xüsusi qərar

İngiltərə Premyer Liqasında Ramazan ayı üçün xüsusi qərar verilib.

İdmanxeber.az-ın məlumatına görə, çempionatda çıxış edən müsəlman oyunçuların bir çoxunun bu ayda oruc tutacağı bilinir. Matçların iftar vaxtına təsadüf etməsində hakimlər qarşılaşmada fasilə verəcək.

Federasiyanın qərarına görə, hakimlər meydandakı futbolçuların oruclarını açmasına şəriat yaradacaq. 

Xatırladaq ki, “Liverpul”dan Muhammed Salah, “Mançester Siti”dən Riyad Mahrez, “Çelsi”dən Nqolo Knate kimi futbolçular Ramazan ayında oruc tuturlar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43